satellite   Azerspace-1: 11135 H 30000

ABŞ və Ukrayna prezidentləri arasında telefon danışığı olub

ABŞ və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Avqustun 25-də ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski arasında telefon danışığı olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviter səhifəsində yazıb.

Zelenski ABŞ Prezidenti Co Baydenlə səmərəli söhbət etdiyini yazıb.

“ABŞ-ın Ukrayna xalqına təhlükəsizlik və maliyyə sahəsində sarsılmaz dəstəyinə görə təşəkkür edirik. Biz Ukraynanın təcavüzkarı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə etdik”,-deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl iki dövlətin liderləri arasında telefon danışığı iyunun 16-da olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM