satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna limanlarından taxıl yüklü daha dörd gəmi yola çıxıb

Ukrayna limanlarından taxıl yüklü daha dörd gəmi yola çıxıb

Cümə günü Ukrayna limanlarından kənd təsərrüfatı məhsulları yüklənmiş daha dörd gəmi İstanbul sazişi əsasında razılaşdırılmış “taxıl dəhlizi” çərçivəsində yola salınıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir. Nazirlik təyinat məntəqələrini və gəmilərin konkret hansı məhsulu daşıdığını açıqlamayıb, lakin qeyd olunur ki, taxıl yüklənməsi planlaşdırılmış qaydada davam edir.

Bundan əvvəl isə daha beş gəmi İstanbulda yoxlamadan keçib və Ukrayna limanlarına istiqamət götürüb.

Anadolu agentliyinin bir qədər əvvəl Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovun bəyanatına istinadla yaydığı xəbərə görə, İstanbul sazişinə uyğun olaraq artıq Odessa, Yujnı və Çornomorsk limanlarından 850 min tondan çox ərzaq yüklənmiş 39 gəmi çıxıb. Beləliklə, bu gün daha dörd gəminin yola salınması ilə onların sayı 43-ə çatıb.

Xatırladaq ki, Ukraynadan ərzaq məhsullarının dünya bazarlarına ixracı probleminin həlli üçün iyulun 22-də İstanbulda sənədlər paketi imzalanıb və Birgə Koordinasiya Mərkəzi yaradılıb. Mərkəz “taxıl dəhlizinin” təhlükəsizliyinə nəzarəti həyata keçirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM