satellite   Azerspace-1: 11135 H 30000

Ukraynadan İstanbula hərəkət edən quru yük gəmisi Bosfor boğazında quruya oturub

Ukraynadan İstanbula hərəkət edən quru yük gəmisi Bosfor boğazında quruya oturub

Ukraynadan İstanbula hərəkət edən Liberiya bayraqlı quru yük gəmisi sükanında yaranan nasazlıq nəticəsində quruya oturub. Bu səbəbdən Bosfor boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsindən açıqlama verilib.

Məlumata əsasən, uzunluğu 173 metr olan “Lady Zehma" adlı Ukraynadan İstanbula hərəkət edən bu gəmi sükanında yaranan nasazlıq səbəbindən quruya oturub və İstanbulun Bebek sahillərində lövbər salıb. Sahildən yüz metr aralıqda dayanan gəminin olduğu bölgəyə çox sayda xilasedici gəmi göndərilib. Toqquşma ehtimalına qarşı sahilə lövbər salan qayıqlar ərazidən uzaqlaşıb.

Bununla bağlı İstanbul Valiliyindən verilən açıqlamada hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM