satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın 11 şəhərinə uçuş məhdudiyyətinin müddəti uzadılıb

Rusiyanın 11 şəhərinə uçuş məhdudiyyətinin müddəti uzadılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) ölkənin cənubuna və mərkəzi hissəsinə uçuşlara məhdudiyyətlərin növbəti dəfə uzadıldığını elan edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin xəbərinə görə, Rusiyanın 11 hava limanında uçuşların müvəqqəti məhdudlaşdırılması rejimi sentyabrın 10-dək uzadılıb.

Həmin şəhərlər Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elistadır.

Ölkənin qalan hava limanları müntəzəm olaraq adi rejimdə fəaliyyət göstərir.

Qeyd edək ki, fevralın 24-dən, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başladığı gündən cənub və mərkəzi bölgələrə uçuşlara məhdudiyyət qoyulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM