satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilir ki, prezidentlər Rusiya-Ukrayna müharibəsinə dair son prosesləri müzakirə ediblər.

Türkiyə Prezidenti müzakirə zamanı bütün hallarda diplomatik həll variantını aktual saxlamağın vacibliyini bildirərək müharibənin müzakirələr yolu ilə sona çatması üçün lazım olan töhfələri verməyə hazır olduqlarını ifadə edib.

Bundan başqa, Türkiyə Prezidenti Bartın vilayətində daş kömür mədənində baş verən partlayışdakı insan tələfatına görə başsağlığı verdiyinə görə Prezident Zelenskiyə minnətdarlığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM