satellite   Azerspace-1: 11135 H 30000

Britaniyanın Baş naziri istefa verib

Britaniyanın Baş naziri istefa verib

Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

O, 45 gün əvvəl bu vəzifəyə seçilmişdi.

L.Trass həmçinin Britaniya Mühafizəkarlar Partiyasının sədri vəzifəsindən də istefa verib.

Qeyd edək ki, o, yeni hökumət başçısı seçilənədək ölkənin Baş naziri vəzifəsində qalacaq. L.Trass Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının sədrinin növbəti həftələrdə seçiləcəyini açıqlayıb. 

O, bu vəzifəyədək Britaniyanın xarici işlər naziri idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM