İraqın şimalında həyata keçirilən ''Pəncə-Kilit'' əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK-nın iki üzvü zərərsizləşdirilib.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində verilən bəyanatda bildirilib.
"Terror yuvalarına ağır zərbələr endirməyə davam edirik! İraqın şimalında ''Pəncə-Kilit'' əməliyyatı bölgəsində təsbit edilən iki PKK terrorçusu Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib",-deyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda vurğulanıb.
- 20:16 22.10.2022
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
