satellite   Azerspace-1: 11135 H 30000

Co Bayden növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir

Co Bayden növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir

ABŞ Prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə dövlət başçısı postu uğrunda mübarizədə iştirak etmək niyyətində olduğunu, lakin hələlik bununla bağlı son qərar qəbul etmədiyini bildirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Co Bayden bu barədə MSNBC telekanalına müsahibəsində deyib.

“Həyat yoldaşım hesab edir ki, biz çox mühüm iş görürük və mən bundan imtina etməməliyəm” – deyə prezident ABŞ-ın birinci xanımı Cill Baydenin növbəti seçkilərdə onun potensial iştirakına münasibəti barədə jurnalistin sualına cavabında bildirib.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM