satellite   Azerspace-1: 11135 H 30000

Suriyanın şimalında İŞİD-in 9 silahlısı ələ keçirilib

Suriyanın şimalında İŞİD-in 9 silahlısı ələ keçirilib

Suriyanın şimalındakı Əl-Bab bölgəsində İŞİD-ə qarşı keçirilən əməliyyatlar zamanı 4-ü təşkilatın lideri olmaqla 9 terrorçu ələ keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Anadolu” Türkiyə Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Əməliyyat Türkiyənin Qaziantep vilayətinin jandarm qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Kəşfiyyat terrorçuların yaxın gələcəkdə Əl-Bab və Türkiyəyə hücumlar hazırladığını öyrənə bilib.

Saxlanılanlar arasında "Əbu Musxab" kod adlı xüsusi təhlükəli İŞİD terrorçusunun köməkçisi də var.

Terrorçular yerli məhkəmənin qərarı ilə həbs edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM