satellite   Azerspace-1: 11135 H 30000

Avropada min kubmetr qazın qiyməti 1050 dollardan aşağı düşüb

Avropada min kubmetr qazın qiyməti 1050 dollardan aşağı düşüb

Avropada bu gün keçirilən hərracın gedişində mavi yanacağın min kubmetrinin qiyməti təxminən 11 faiz ucuzlaşaraq iyunun 14-dən bəri ilk dəfə olaraq 1050 dollardan aşağı enib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın noyabr fyuçersinin qiyməti 1031 dollar təşkil edir.

Qazın qiymətinin ucuzlaşması Avropa anbarlarında yanacaq ehtiyatlarının maksimuma yaxınlaşması, regionda isti hava şəraitinin bərqərar olması və elektrik enerjisi istehsalında külək generasiyasının payının artması fonunda baş verib.

Xatırladaq ki, martın 7-də Avropada təbii qazın qiyməti tarixi maksimuma - min kubmetrə görə 3900 dollara qədər yüksəlmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM