satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ilə Rusiya arasında cəsədlərin növbəti mübadiləsi baş tutub

Ukrayna ilə Rusiya arasında cəsədlərin növbəti mübadiləsi baş tutub

Oktyabrın 25-də Ukrayna ilə Rusiya arasında cəsədlərin növbəti dəyişdirilməsi baş tutub. Ukrayna həlak olan 25 əsgərinin cəsədini geri alıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.

"Həlak olan hərbçilərin meyitlərinin təhvil verilməsi üçün növbəti əməliyyat keçirilib. Ukrayna daha 25 müdafiəçisinin cəsədini qaytarıb. Əməliyyat itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko və bir sıra hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə həyata keçirilib”, - deyə məlumatda qeyd edilir.

Cəsədlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM