satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Ukraynaya iki “NASAMS” sistemi verib

ABŞ Ukraynaya iki “NASAMS” sistemi verib

ABŞ ilk iki “NASAMS” zenit-raket kompleksini (SAM) Ukraynaya təhvil verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu “NASAMS”ın istehsalçısı “Raytheon Technologies”in baş direktoru Qreq Heyes bəyan edib.

“Biz bir neçə həftə əvvəl iki kompleksi ABŞ hökumətinə təhvil vermişik. Artıq bu gün onlar Ukraynada yerləşdirilir”,-deyə o bildirib.

Qeyd edək ki, 11 oktyabrda Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, ABŞ hakimiyyəti çox yaxın zamanda ilk iki “NASAMS” kompleksini Kiyevə göndərəcək. Onun sözlərinə görə, ABŞ Ukraynaya səkkiz belə sistem tədarük etmək niyyətindədir.

Çatdırılmaların Ukraynanın təhlükəsizliyinin təşviqi təşəbbüsünün bir hissəsi kimi həyata keçirilməsi planlaşdırılır ki, bu da ABŞ-ın müdafiə departamentinin istehsalçılarla müqavilələr bağlamasını nəzərdə tutur, avadanlığın birbaşa Pentaqonun anbarlarından verilməsini deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM