satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın cənubunda uçuşlara məhdudiyyət müddəti uzadılıb

Rusiyanın cənubunda uçuşlara məhdudiyyət müddəti uzadılıb

Rusiyanın cənubundakı hava məkanında mülki təyyarələrə qoyulan uçuş qadağasının müddəti noyabrın 3-dək uzadılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bildirib.

Uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərində ümumilikdə 11 hava limanına şamil olunur.

Sərnişinləri Soçi, Stavropol, Volqoqrad, Mineralnıe Vodı şəhərlərinin hava limanlarına aparmaq tövsiyə edilir.

Regionda uçuşlara mövcud qadağanın müddəti oktyabrın 28-də bitməli idi.

Xatırladaq ki, Rusiya Ukraynadakı müharibə ilə əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM