satellite   Azerspace-1: 11135 H 30000

Suriyanın şimalında 18 terrorçu saxlanılıb

Suriyanın şimalında 18 terrorçu saxlanılıb

Suriyanın Cerablus və Bab bölgələrində keçirilən əməliyyatlarda 18 terrorçu ələ keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Nəticə etibarilə hər iki bölgədə təbliğat, üzv və kəşfiyyatçı toplama kimi fəaliyyətlər aparan 13-ü İŞİD, beşi isə PKK/KCK/PYD/YPG terror təşkilatının üzvləri olmaqla, ümumilikdə, 18 nəfər saxlanılıb.

Ələ keçirilən terrorçular arasında İŞİD terror təşkilatının maliyyə məsələlərinə cavabdeh olan üzvü də var.

Onların ünvanlarında aparılan axtarış zamanı çox sayda silah-sursat aşkar olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM