Türkiyənin İstanbul şəhərində Eyübsultan rayonunda tramvayla sərnişin avtobusunun toqquşması nəticəsində çoxlu sayda insan yaralanıb.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Haber Global” yayıb.
Bildirilib ki, hadisə dekabrın 5-də səhər saatlarında Eyübsultan rayonunun Alibeyköy meydanında baş verib.
Qəza yerinə çoxlu sayda təcili tibbi yardım heyəti, polis əməkdaşları və xilasedicilər cəlb olunub.
