satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat: 400 nəfər saxlanılıb

Türkiyədə mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat: 400 nəfər saxlanılıb

Türkiyədə mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində genişmiqyaslı əməliyyat başladılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Məlumata əsasən, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin koordinasiyasında “Silindr” kod adı altında keçirilən əməliyyat ölkənin 50 vilayətində paralel şəkildə icra olunur.

Əməliyyatda 18 mütəşəkkil cinayətkar dəstə olmaqla ümumilikdə 502 nəfərin saxlanılması hədəflənir. Onlardan 400-ü artıq ələ keçirilib.

Nazir 2022-ci ildə mütəşəkkil cinayət təşkilatlarına qarşı həyata keçirilən əməliyyatlarda 2703 nəfərin saxlanıldığını, 66 təşkilatın məhv edildiyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM