satellite   Azerspace-1: 11135 H 30000

Ukraynaya 49 döyüşçünün cəsədi qaytarılıb

Ukraynaya 49 döyüşçünün cəsədi qaytarılıb

Dekabrın 6-da hərbçilərin meyitlərinin növbəti dəfə qaytarılması prosesi həyata keçirilib, Ukraynaya 49 meyit verilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyinin məlumatına istinadla xəbər verir.

İtkin düşənlər üzə müvəkkil Oleq Kotenko vurğulayıb: “Meyitlərin geri alınması üçün güc strukturları ilə birlikdə mümkün olan hər şeyi edirik. Cəsədlərin olması ehtimal edilən yerlərin aşkarlanması üzrə işlər davam edir. Olduqca mürəkkəb olan bu proseslərə qoşulan hər kəsə minnətdarıq. Çünki Vətən müdafiəçiləri ilə layiqincə vidalaşmaq doğmaları üçün çox əhəmiyyətlidir”.

Ümumilikdə, may ayından bəri Ukraynanın müstəqilliyi uğrunda canlarından keçən 827 nəfərin meyitini geri qaytarmaq mümkün olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM