satellite   Azerspace-1: 11135 H 30000

BMT Ukraynadan Avropaya gələn qaçqınların sayını açıqlayıb

BMT Ukraynadan Avropaya gələn qaçqınların sayını açıqlayıb

Fevralın 24-dən hərbi əməliyyatın başlanmasından dekabrın 6-dək Ukraynadan Avropaya ümumilikdə 7 milyon 832 min 493 qaçqın gəlib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatında bildirilir.

Məlumata görə, ən çox ukraynalı qaçqını Rusiya qəbul edib – 2 milyon 852 min 395. Sonrakı yerlərdə Polşa, Almaniya, Çexiya, İtaliya, İspaniya, Bolqarıstan, Fransa və Slovakiya yer alıb.

Ümumilikdə, fevralın 24-dən indiyədək Ukraynadan qonşu ölkələrə 16 milyon 87 min 565 nəfər gəlib. Eyni zamanda 8 milyon 309 min 718 nəfər sərhədi əks istiqamətdə keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM