satellite   Azerspace-1: 11135 H 30000

“Samsung”un Çindəki zavodu bu il 14,3 milyard dollarlıqdan çox çip buraxacaq

“Samsung”un Çindəki zavodu bu il 14,3 milyard dollarlıqdan çox çip buraxacaq

Koronavirus məhdudiyyətlərinə baxmayaraq, “Samsung” korporasiyasının Çinin Şensi əyalətində yerləşən zavodunda çip istehsalının həcmi ilin sonunadək 100 milyard yuanı (14,3 milyard dollar) ötəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Sinxua agentliyinə istinadla xəbər verir ki, “Samsung China Semiconductor Co” kompaniyasının vitse-prezidenti Yunqyun Seo son üç il ərzində müəssisədə istehsalın heç vaxt dayanmadığını bildirib. Onun sözlərinə görə, istehsalın təmin edilməsi üzrə logistika və xammal təchizatı ilə bağlı problemlər yerli hakimiyyət orqanlarının köməyi sayəsində aradan qaldırılıb.

2014-cü ilin mayında işə salınan zavoda ilk mərhələdə 13,7 milyard dollar sərmayə qoyulub. Ötən ilin oktyabr ayında müəssisə tam gücü ilə fəaliyyətə başlayıb. Kompaniya zavodun genişləndirilməsinə əlavə olaraq 13,3 milyard dollar investisiya yatırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM