satellite   Azerspace-1: 11135 H 30000

Moskva vilayətində yanğın: ölən var

Moskva vilayətində yanğın: ölən var

Moskva vilayətində yerləşən “OBI” hipermarketində baş vermiş yanğın nəticəsində bir nəfər həlak olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yanğın 7 min kvadrat metr sahəni əhatə edib. Hadisə nəticəsində hipermarketin mühafizəçisi həlak olub.

Yanğın Moskva vilayətinin Ximki şəhərində yerləşən “Meqa” ticarət mərkəzinin tərkibində fəaliyyət göstərən “OBI” hipermarketinin mebel və tikinti materialları şöbəsindən başlayıb. Hadisə güclü partlayışlarla müşayiət olunub. Ehtimal edilir ki, hipermarketdə olan boya və aerozol qutuları partlayıb.

Güc strukturları yanğının iki səbəbini – qısa qapanma və kənardan müdaxilə variantlarını araşdırırlar.

Hazırda yanğın söndürülüb. Alovun ticarət mərkəzinin digər bölmələrinə keçməsinin qarşısı alınıb. “OBI” hipermarketi tamamilə yanıb, binanın yalnız aparıcı konstruksiyaları salamat qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM