satellite   Azerspace-1: 11135 H 30000

“OBI” hipermarketindəki yanğının səbəbi bəlli olub

“OBI” hipermarketindəki yanğının səbəbi bəlli olub

Moskva vilayətindəki “OBI” hipermarketində yanğın qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması səbəbindən baş verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 7 min kvadrat metr sahəni əhatə edən yanğın lokallaşdırılıb. İlkin versiya kimi, yanğının hipermarketdə aparılan qaynaq işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmamasına görə baş verdiyi ehtimalı irəli sürülüb. Hadisə nəticəsində hipermarketin mühafizəçisi həlak olub.

Yanğın Moskva vilayətinin Ximki şəhərində yerləşən “Meqa” ticarət mərkəzinin tərkibində fəaliyyət göstərən “OBI” hipermarketinin mebel və tikinti materialları şöbəsindən başlayıb. Hadisə partlayışlarla müşayiət olunub. Ehtimal edilir ki, hipermarketdə olan boya və aerozol qutuları partlayıb.

Alovun ticarət mərkəzinin digər bölmələrinə keçməsinin qarşısı alınıb. “OBI” hipermarketi tamamilə yanıb, binanın yalnız aparıcı konstruksiyaları salamat qalıb.

Moskva vilayəti Prokurorluğu faktla bağlı araşdırma aparır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM