satellite   Azerspace-1: 11135 H 30000

Tviter tərk edilmiş 1,5 milyard səhifəni bağlayacaq

Tviter tərk edilmiş 1,5 milyard səhifəni bağlayacaq

Tviter sosial şəbəkəsində tərk edilmiş 1,5 milyard səhifə yaxın vaxtlarda bağlanacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask özünün tviter səhifəsində yazıb.

“Tviter yaxın zamanlarda tvit edilməyən və illərlə istifadə olunmayan 1,5 milyard akkauntu bağlayacaq”, - deyə sahibkar bildirib.

Oktyabrın 27-də İlon Mask eyniadlı sosial şəbəkəyə malik “Tviter” kompaniyasını almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayib. O, səhifələrin bloklanması siyasətində dəyişiklik edəcəyini və saxta hesablarla mübarizəni aparacağını deyib. Eyni zamanda, sosial şəbəkədə əvvəllər fəaliyyəti dayandırılan bir sıra səhifələr blokdan çıxarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM