satellite   Azerspace-1: 11135 H 30000

Yens Stoltenberq: Ukrayna münaqişəsi NATO-Rusiya müharibəsinə çevrilə bilər

Yens Stoltenberq: Ukrayna münaqişəsi NATO-Rusiya müharibəsinə çevrilə bilər

NATO-nun Baş katibi Yens Stoltenberq hesab edir ki, Ukrayna münaqişəsi Rusiya ilə Şimali Atlantika Alyansı arasında müharibəyə gətirib çıxara bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Stoltenberq bu ehtimalı Norveçin NRK telekanalında yayımlanan “Lindmo” tok-şousunda səsləndirib.

“Qorxuram ki, Ukrayna münaqişəsi nəzarətdən çıxsın və genişlənərək NATO ilə Rusiya arasında böyük müharibəyə çevrilsin. Lakin əminəm ki, biz bundan yayına biləcəyik”, - alyansın baş katibi belə deyib.

Yens Stoltenberq, həmçinin Kiyevə göstərilən yardım mövzusuna toxunaraq, sülhü yalnız güclü Ukraynanın təmin edə biləcəyini vurğulayıb: “Müəyyən bir məqamda danışıqların faydası qalmır. Burada çıxış yolu Ukraynaya hərbi dəstəkdir. Yalnız güclü Ukrayna sülhü təmin edə bilər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM