satellite   Azerspace-1: 11135 H 30000

İspaniyanın yeddi hava limanı dünyanın 150 ən yaxşı aeroportu sırasındadır

İspaniyanın yeddi hava limanı dünyanın 150 ən yaxşı aeroportu sırasındadır

İspaniyanın yeddi hava limanı dünyanın 150 ən yaxşı aeroportu sırasına daxil edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “AirHelp Score 2022” illik reytinqinə görə, İspaniyanın ilk hava limanı olan Madrid-Barahas 12-ci yeri tutmaqla Avropa aeroportları içərisində birinci yerdədir.

Madrid aeroportu ümumilikdə 8,25 bal qazanıb: 8,26 bal dəqiqliyə, 8,19 bal müştərilərin dəyərləndirilməsinə və 8,3 bal isə mağaza və restoran kimi istirahət yerlərinə görə.

Reytinqdə ikinci milli aeroport 24-cü yerdə qərarlaşan və Avropanın digər hava limanlarını geridə qoyan Bilbaodur.

Faktiki olaraq, İspaniya aeroportundan sonra 49-cu mövqeyədək reytinqdə birinci Avropa aeroportu Milanın Malpensa hava limanıdır.

Üçüncü İspaniya aeroportu 53-cü mövqedə 7.68 orta dəyərləndirmə ilə Barselona-El-Pratdır.

Valensiya və Alikante-Elçe-Migel-Ernandes hava limanları reytinqdə, müvafiq olaraq, 57-ci və 66-cı, İbitsa və Palma-de-Mayorka aeroportları isə müvafiq olaraq 94-cü və 116-cı yeri tutublar.

“Airhelp”in hazırladığı dünyanın ən yaxşı hava limanları reytinqində 8,83 bal qazanmış Tokionun Haneda beynəlxalq aeroportu liderlik edir.

Braziliyadakı Resifi-Quararapes hava limanı 8,52 balla reytinqdə ikinci, Yaponiyanın daha bir aeroportu – Narita isə 8,49 balla üçüncü pillədədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM