satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan parlamentində mübahisə: müxalifət hakimiyyəti saxtakarlıqda ittiham edib

Ermənistan parlamentində mübahisə: müxalifət hakimiyyəti saxtakarlıqda ittiham edib

Ermənistan parlamentində hakim və müxalifət partiyalarının deputatları arasında mübahisə düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, iqtidar və müxali deputatlar qanun layihəsinə səsvermə zamanı razılığa gələ bilməyiblər.

“Ermənistan” və “Mənim şərəfim var” partiyaları qanun layihəsi ilə bağlı danışmamaq qərarına gəliblər. Bu isə rəqiblərin etirazına səbəb olub. Vitse-spiker Ruben Rubinyan vətəndaşların baş verənlərdən xəbərdar olmaq hüququna istinad edərək bu qərarın səbəbləri ilə maraqlanıb.

“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan bildirib ki, hakimiyyətin təqdim etdiyi layihələr yarımçıqdır və bugünkü prioritetlərə uyğun deyil. Onun fikrincə, siyasi çoxluq seçicilərin arxasında gizlənərək spekulyasiyaya əl atır.

“Mənim şərəfim var” partiyasının katibi Hayk Mamicanyan vurğulayıb ki, hakimiyyət yalnız seçkilərdəki saxtakarlıqlarla məşğul olduqdan sonra müxalifətin hərəkətlərinə münasibət bildirə biləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM