satellite   Azerspace-1: 11135 H 30000

Haluk Bayraktar: “Baykar” şirkəti dünyada ən böyük PUA ixracatçısıdır

Haluk Bayraktar: “Baykar” şirkəti dünyada ən böyük PUA ixracatçısıdır

Bu ilin sonuna kimi “Bayraktar TB3” pilotsuz uçuş aparatlarının kütləvi istehsalına başlayacağıq. Türkiyə olaraq özümüzün silahlı pilotsuz uçuş aparatını (PUA) və pilotsuz döyüş təyyarəsini inkişaf etdirəcəyik.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin "Baykar" şirkətinin baş icraçı direktoru Haluk Bayraktar “Haber TÜRK” telekanalının efirində səsləndirib.

"Baykar" şirkətinin keçdiyi inkişaf yolu, qarşılaşdıqları maneələr, perspektivdə olan strateji layihələr barədə geniş məlumat verən Baş direktor Haluk Bayraktar bildirib ki, hazırda təmsil etdiyi şirkət dünyada ən böyük PUA ixracatçısıdır.

Haluk Bayraktar deyib: “Dünyada bizdən çox ölkəyə bu ölçüdə PUA verən başqa bir şirkət yoxdur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM