satellite   Azerspace-1: 11135 H 30000

AFR-in Müdafiə Nazirliyinin yeni rəhbəri Boris Pistorius olacaq

AFR-in Müdafiə Nazirliyinin yeni rəhbəri Boris Pistorius olacaq

Aşağı Saksoniya əyalətinin (AFR) daxili işlər naziri Boris Pistorius Almaniyanın yeni federal müdafiə naziri olacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, AFR-in Müdafiə Nazirliyinin rəhbəri vəzifəsində Kristina Lambrextin varisi olacaq 62 yaşlı Pistorius təcrübəli siyasi menecer kimi tanınıb. Müşahidəçilərin fikrincə, Pistorius “əsil peşəkardır, işini yaxşı bilir və ona həvalə edilmiş yeni vəzifənin öhdəsindən gələcək”.

Sosial-demokrat Pistorius çoxdan federal səviyyəli nazir vəzifəsinə layiq hesab edilirdi. Lakin onu ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri olacağı ehtimal edilirdi. Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinin öhdəsindən necə gələcək, - bunu zaman göstərər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM