satellite   Azerspace-1: 11135 H 30000

Dneprdə yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 44-ə çatıb

Dneprdə yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 44-ə çatıb

Yanvarın 14-də Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 44 nəfərə çatıb. Onlardan 4-ü uşaqdır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dnepr şəhər meri Boris Filatov feysbuk səhifəsində yazıb.

Bildirilir ki, həmçinin 16-sı uşaq olmaqla 79 nəfər yaralanıb, 6-sı uşaq olmaqla 39 nəfər xilas edilib. Dneprdə dağılmış evin qalıqları artıq 90 faiz sökülüb.

Xilasetmə işləri davam etdirilir. Dağıntılar altında hələ də insanların olduğu ehtimal edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM