satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsinin birinci ildönümü ilə əlaqədar Varşavada çıxış edəcək

ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsinin birinci ildönümü ilə əlaqədar Varşavada çıxış edəcək

ABŞ Prezidenti Co Bayden fevralın 21-də Polşaya səfər edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Ukraynaya gözlənilməz səfərdən sonra Co Bayden Ukrayna-Polşa sərhədini qatarla keçərək, Jeşuv şəhərindən hökumət təyyarəsi ilə Varşavaya yola düşüb.

Səfər çərçivəsində Prezident polşalı həmkarı Andjey Duda ilə görüşəcək, “Buxarest doqquzluğu” ölkələrinin rəhbərləri ilə bir araya gələcək. Varşava Sammiti NATO-nun Vilnüs Sammiti öncəsi müzakirələrin aparılması üçün hazırlıq xarakteri daşıyır.

ABŞ Prezidentinin səfərinin gündəliyində yer alan əsas məsələlərdən biri də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin birinci ildönümü ilə əlaqədar Varşava Kral qəsrində çıxış etmək olacaq.

Səfərin fevralın 22-də başa çatması gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM