satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə 865 min zəlzələ qurbanı çadır şəhərciklərində yerləşdirilib

Türkiyədə 865 min zəlzələ qurbanı çadır şəhərciklərində yerləşdirilib

"Zəlzələdən zərər çəkən 865 min vətəndaşımız çadır şəhərciklərində, 23 min 500-ü modul evlərdə, 376 min vətəndaşımız isə yataqxanalarda yerləşdirilib".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, hazırda bölgədə 271 min şəxs çalışır.

"Bu vaxta qədər 1 milyon 123 min bina yoxlanılıb. 139 min binadakı 458 min mənzilin dağılmış, təcili sökülməli olan və ağır zədəli olduğu müəyyənləşdirilib" ,- deyə Ərdoğan qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM