satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin BMT-dəki yeni nümayəndəsi etimadnaməsini Quterreşə təqdim edib

Türkiyənin BMT-dəki yeni nümayəndəsi etimadnaməsini Quterreşə təqdim edib

Türkiyənin Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Sedat Önal etimadnaməsini BMT-nin Baş katibi Antoniu Quterreşə təqdim edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, BMT Baş katibi diplomata yeni fəaliyyətində uğurlar diləyib.

Qeyd edək ki, səfir Önal 2007-2009-cu illərdə Türkiyənin Vyanada baş konsulu, 2012-2016-cı illərdə isə Türkiyənin İordaniyadakı səfiri vəzifələrində çalışıb. O, 2009-2012-ci illərdə Xarici İşlər Nazirliyinin Yaxın Şərq Departamentində baş direktor müavini, daha sonralar isə xarici işlər nazirinin müavini vəzifələrində çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM