satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna kəşfiyyatı: Yazın sonunadək “həlledici döyüşlər” olacaq

Ukrayna kəşfiyyatı: Yazın sonunadək “həlledici döyüşlər” olacaq

Yazın ortalarından sonunadək hərbi əməliyyatlarda “dönüş nöqtəsinin” olacağı həlledici döyüşlər baş verəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukraynanın Baş kəşfiyyat idarəsinin rəhbəri Kirilo Budanov “Forbes” jurnalına müsahibəsində deyib.

Ötən həftə ABŞ-ın müdafiə naziri Lloyd Ostin NATO ölkələrinin hərbi qurum rəhbərlərinin Brüsseldə baş tutan iclasının nəticələrinə dair keçirilən mətbuat konfransında Kiyevin Qərb silahları hesabına təşəbbüsü ələ alacağına ümid etdiyini bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorius isə öz növbəsində “Bloomberg” agentliyinə verdiyi müsahibədə yaxın həftələrin Ukrayna üçün həlledici olacağını vurğulayıb.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq edib və Ukraynanı silahlandırmağa başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM