satellite   Azerspace-1: 11135 H 30000

Tacikistanda 7,3 bal gücündə zəlzələ olub

Tacikistanda 7,3 bal gücündə zəlzələ olub

Tacikistanın Çin ilə sərhədinin yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi məlumat yayıb. Çin vaxtı ilə səhər saat 8:37-də (Bakı vaxtı ilə 4:37) qeydə alınan yeraltı təkanlar Çinin Sincan Uyğur muxtar rayonunda da hiss olunub. Zəlzələnin episentri Tacikistan-Çin sərhədindən 82 kilometr aralıda olub.

Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Qeyd edək ki, fevralın 22-də Sincan Uyğur muxtar rayonunun Ağsu prefekturasında 4,6 bal gücündə zəlzələ baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM