satellite   Azerspace-1: 11135 H 30000

Zelenski Gürcüstandakı etirazları dəstəkləyib

Zelenski Gürcüstandakı etirazları dəstəkləyib

“Bütün ukraynalılar Tbilisidəki kütləvi etirazlar fonunda Gürcüstana demokratik uğurlar və Avropaya inteqrasiya məsələsində irəliləyiş arzulayırlar”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Bu günlərdə Gürcüstanın meydanlarında və küçələrində Ukrayna bayraqlarını tutan hər kəsə təşəkkür etmək istəyirəm. Tiflisdə səslənən dövlət himnimizə görə sizə təşəkkür etmək istəyirəm. Bu, Ukraynaya hörmətdir və mən Gürcüstana səmimi hörmətimi bildirmək istəyirəm. Elə bir ukraynalı yoxdur ki, dost Gürcüstanımızın uğurunu arzulamasın. Demokratik uğur. Avropa uğurları”,-deyə Zelenski bildirib.

O əlavə edib ki, Gürcüstan, Moldova və Ukrayna Avropa İttifaqının bir hissəsi olmaq istəyir və bu, mütləq baş verəcək: “Çünki Avropanın bütün azad xalqları Avropaya inteqrasiyaya layiqdirlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM