satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda saxlanılan bütün etirazçılar sərbəst buraxılıblar

Gürcüstanda saxlanılan bütün etirazçılar sərbəst buraxılıblar

Martın 7-də və 8-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində parlament binası yaxınlığında saxlanılan bütün etirazçılar sərbəst buraxılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Martın 7-də və 8-də parlamentə bitişik ərazidə keçirilən etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyinin müxtəlif struktur bölmələri tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb. Saxlanılanların bəziləri məhkəmə qarşısına çıxarılıb, qalan şəxslər isə qanunla müəyyən edilmiş istintaq təcridxanasında qalma müddətindən sonra azadlığa buraxılıblar”, - məlumatda deyilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM