satellite   Azerspace-1: 11135 H 30000

Netanyahu: “Dünya Tehrana əngəl olmasa, nüvə müharibəsi başlayacaq”

Netanyahu: “Dünya Tehrana əngəl olmasa, nüvə müharibəsi başlayacaq”

İrana nüvə silahı əldə etməyə icazə verilərsə, dünyada nüvə müharibəsi başlayacaq. Bu, dünyanı dəyişəcək və hər kəs üçün böyük problem olacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

“Dünya Tehranın nüvə silahı əldə etməsinə əngəl olmasa, dəhşətli nüvə müharibəsi başlayacaq. Bu, hamımız üçün problemə çevriləcək. Bu, dünyanı dəyişəcək”.

Onun fikrincə, İranın nüvə silahının ortaya çıxması bölgədə zəncirvari reaksiyaya səbəb olacaq, çünki belə bir təhlükəni anlayan digər rejimlər silahlanmağa tələsəcəklər.

B. Netanyahu İrana qarşı savaşın başlayacağı təqdirdə nüvə müharibəsindən qorxanların şərhlərinə də cavab verib: “Əgər bunu etməsəniz, sizi müharibə, potensial olaraq dəhşətli nüvə müharibəsi gözləyir”.

Baş nazir deyib ki, sarsıdıcı sanksiyalar və həqiqi hərbi tarazlığın mövcudluğu İranın nüvə silahı istehsalını dayandırmağın tək yoludur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM