satellite   Azerspace-1: 11135 H 30000

Sergey Lavrov: Gürcüstanda baş verənlər Ukraynadakı “maydan” hadisələrini xatırladır

Sergey Lavrov: Gürcüstanda baş verənlər Ukraynadakı “maydan” hadisələrini xatırladır

Rusiya sərhədi boyunca yerləşən ölkələr ABŞ-nin maraq dairəsinə cəlb edilməyin təhlükəli olmasından nəticə çıxarmalıdır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Bolşaya iqra” verilişinə müsahibəsində söyləyib.

Nazir bildirib ki, Gürcüstandakı iğtişaşlar Ukraynanın “maydan” hadisələrini xatırladır. Onun sözlərinə görə, Gürcüstanda baş verənlər xaricdən idarə olunur və Rusiyanın sərhədlərində “qıcıqlandırıcı” mənbələr yaratmaq məqsədi güdür.

S.Lavrov qeyd edib ki, Gürcüstan hökuməti Rusiya ilə yalnız iqtisadi əlaqələr qurur və Rusiyaya ixrac olunan mallar, o cümlədən konyak, şərablar, “Borjomi”, kənd təsərrüfatı məhsullarından əldə olunan gəlir Gürcüstanın xarici ticarət büdcəsinin böyük hissəsini təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM