satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda Müəllimlər Gününün vaxtı dəyişdirilib

Qazaxıstanda Müəllimlər Gününün vaxtı dəyişdirilib

Qazaxıstanda pedaqoqların peşə bayramı - Müəllimlər Günü oktyabrın 5-də qeyd olunacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Kazinform agentliyinə istinadla xəbər verir ki, müvafiq qərar Qazaxıstan hökuməti tərəfindən qəbul edilib.

İndiyə qədər respublikada oktyabrın ilk bazar günü qeyd olunan Müəllimlər Günü bundan sonra dünyanın 100-dən çox ölkəsinin oktyabrın 5-də qeyd etdiyi Beynəlxalq Müəllimlər Günü ilə sinxronlaşdırılıb.

Qazaxıstan Təhsil Nazirliyinin məlumatına görə, hazırda ölkənin məktəbəqədər, orta, texniki və peşə təhsili müəssisələrində 556 min müəllim çalışır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM