satellite   Azerspace-1: 11135 H 30000

Aİ martın 20-də Türkiyə və Suriyaya yardım üçün donorlar konfransı keçirəcək

Aİ martın 20-də Türkiyə və Suriyaya yardım üçün donorlar konfransı keçirəcək

Avropa İttifaqı zəlzələdən zərər çəkən Türkiyə və Suriyaya yardım üçün martın 20-də Beynəlxalq Donorlar Konfransı keçirəcək. Brüsseldə təşkil olunacaq bu konfransa Rusiya dəvət edilməyəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə hakimiyyəti ilə koordinasiya ediləcək konfransın həmsədrləri Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və İsveçin Baş naziri Ulf Kristerssondur.

Tədbirə Avropa İttifaqı ölkələri, Aİ üzvlüyünə namizəd ölkələr, qonşu dövlətlər və tərəfdaş ölkələr, Rusiya istisna olmaqla G20 qrupu, Körfəz ölkələri, həmçinin BMT, digər beynəlxalq və humanitar təşkilatlar, eləcə də beynəlxalq maliyyə qurumları dəvət olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM