satellite   Azerspace-1: 11135 H 30000

Budapeşt şəhəri yaxınlığındakı magistral yolda 42 avtomobil toqquşub

Budapeşt şəhəri yaxınlığındakı magistral yolda 42 avtomobil toqquşub

Macarıstanda 5 yük və 37 minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Macarıstanın Baş Polis İdarəsinin məlumatına görə, hadisə ölkənin paytaxtı Budapeşt şəhəri yaxınlığındakı “M1” adlı magistral yolda baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 19 avtomobil yanıb. Zəncirvari qəzada 36 nəfər yaralanıb ki, onlardan da 13-nün vəziyyəti ağırdır.

Polis hesab edir ki, qəzaya səbəb güclü külək olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM