Türkiyənin Hatay vilayətinin Hassa rayonunda yerli vaxtla saat 05:23-də 4,4 bal gücündə zəlzələ baş verib.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) yaydığı məlumatda zəlzələ ocağının 11,52 kilometr dərinlikdə olduğu bildirilib.
