satellite   Azerspace-1: 11135 H 30000

Putinlə Paşinyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər

Putinlə Paşinyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış bəyanatların kompleks şəkildə həyata keçirilməsinin praktiki aspektləri müzakirə olunub. Bundan başqa, tərəflər Ermənistan ilə Azərbaycan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, sülh müqaviləsinin hazırlanması məsələsini də müzakirə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM