satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Quru Qoşunlarının komandanı Baxmutdakı son vəziyyəti açıqlayıb

Ukrayna Quru Qoşunlarının komandanı Baxmutdakı son vəziyyəti açıqlayıb

Martın 13-ü səhər saatlarına olan məlumata görə, Baxmutda vəziyyət ağır olaraq qalır. "Vaqner" muzdluları müdafiəni yarıb şəhərin mərkəzinə girməyə çalışırlar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə bəyanatla Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Oleksandr Sırskiy çıxış edib.

“Vaqner” hücum dəstələri bir neçə istiqamətdən irəliləyir, qoşunlarımızın müdafiəsini yarıb şəhərin mərkəzi rayonlarına doğru irəliləməyə çalışır”, - deyə o bildirib.

Sırskiy deyib ki, Baxmut artilleriya, tank və digər silahlardan atəşə tutulur. Ukrayna hərbçiləri şəhərin müdafiəsini davam etdirir və eyni zamanda, düşməni xeyli itkiyə uğradırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM