satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin daha Rusiya “S-400”lərinə ehtiyacı yoxdur

Türkiyənin daha Rusiya “S-400”lərinə ehtiyacı yoxdur

Türkiyə öz zenit-raket komplekslərini istehsal etməyə başladığından Rusiyanın “S-300” və ya “S-400” sistemlərinə ehtiyac duymur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Milliyet” “Aselsan” Müdafiə Korporasiyasının baş direktoru Haluk Görgünə istinadən məlumat yayıb.

“Biz hava hücumundan müdafiə sistemləri istehsal edirik. “S-300” və ya “S-400”ə ehtiyacımız yoxdur. Biz bu ehtiyacı aradan qaldırırıq. Bu, bizim missiyamızdır”, - o deyib.

H.Görgun qeyd edib ki, Türkiyə sənayesi təkmil “Siper” hava hücumundan müdafiə sistemi istehsal edir. Onun sözlərinə görə, sınaqlar zamanı sistem 100 km məsafədəki hədəfləri uğurla vurub.

Qeyd edək ki, daha əvvəl Türkiyə Rusiyadan 2,5 milyard ABŞ dolları dəyərində olan 4 divizyon “S-400” HHM sistemləri alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM