satellite   Azerspace-1: 11135 H 30000

Rusiya, Türkiyə, İran və Suriya XİN başçılarının müavinləri Moskvada görüşəcəklər

Rusiya, Türkiyə, İran və Suriya XİN başçılarının müavinləri Moskvada görüşəcəklər

Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin müavinləri martın 15-16-da Moskvada görüş keçirəcəklər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya XİN başçısının müavini Mixail Boqdanov məlumat verib. Onun sözlərinə görə, hazırda görüşlə bağlı hazırlıq işləri aparılır.

Xatırladaq ki, Rusiya, Türkiyə və İranın daxil olduğu “Astana üçlüyü” 2017-ci ildə Suriyada hərbi münaqişənin nizama salınması məqsədilə yaradılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM