satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna tank üçün 125 millimetrlik mərmi istehsalına başlayıb

Ukrayna tank üçün 125 millimetrlik mərmi istehsalına başlayıb

“Ukroboronprom” dövlət konserni tank üçün 125 millimetrlik mərmi istehsalına başlayıb. İstehsal xaricdə NATO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Ukroboronprom” dövlət konserni məlumat yayıb. Məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin sifarişi ilə T-64, T-72 və T-80 tankları üçün 125 millimetrlik mərmilərin ilk partiyası artıq çatdırılıb.

Ukrayna müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq 82 və 120 millimetrlik minaatan, 122 və 152 millimetrlik artilleriya mərmiləri istehsal edirdi. İndi isə 125 millimetrlik tank mərmisinin istehsalına başlanılıb.

Təhlükəsizlik səbəbi ilə istehsal Ukraynadan kənara köçürülüb, lakin sursatların hazırlanması ukraynalılara həvalə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM