satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Müdafiə Nazirliyi ABŞ PUA-nın Qara dənizə düşməsi hadisəsini şərh edib

Rusiya Müdafiə Nazirliyi ABŞ PUA-nın Qara dənizə düşməsi hadisəsini şərh edib

Rusiya Müdafiə Nazirliyi Qara dəniz üzərində ABŞ pilotsuz uçuş aparatı (PUA) və qırıcı təyyarənin iştirakı ilə baş verən insidenti şərh edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, nazirlik martın 14-də səhər Rusiya Hərbi Kosmik Qüvvələrinin Krım yarımadası rayonunda sərhədi pozan “MQ-9” PUA-nı qeydə aldığını, PUA-nın qəfil manevr nəticəsində hündürlüyü itirərək suya düşdüyünü bildirib. Rusiya MN-in məlumatında RF qırıcı təyyarələrinin silah tətbiq etmədikləri, PUA ilə kontakta girmədikləri və aerodroma qayıtdıqları qeyd olunur.

Hadisə ilə əlaqədar Rusiyanın Vaşinqtondakı səfiri ABŞ Dövlət Departamentinə çağırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM