Səudiyyə Ərəbistanının Təbərcəl şəhərini qum fırtınası bürüyüb.
Naxçıvan televiziyası İnformasiya Agentliyi “TRT Haber”ə istinadla xəbər verir ki, ölkə səlahiyyətliləri tənəffüs xəstəlikləri olan şəxslərdən evdən çıxmamağı xahiş edib.
Şəhərdə səmanın narıncı rəngə boyanması ilə görmə məsafəsi xeyli azalıb. Qum fırtınası səbəbindən avtomobillər yollarda hərəkət etməkdə çətinlik çəkib.
