satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada Merapi vulkanı püskürməyə başlayıb

İndoneziyada Merapi vulkanı püskürməyə başlayıb

İndoneziyanın Mərkəzi Yava və Cokyakarta xüsusi regionunun sərhədində yerləşən Merapi vulkanı bu gün səhər saatlarında iki dəfə tüstü və kül püskürüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Sinxua agentliyinə istinadla xəbər verir ki, İndoneziyanın geoloji fəlakətlərin tədqiqi mərkəzi vulkanın yerli vaxtla saat 05:50-də və 05:59-da qaynar kül püskürdüyü barədə məlumat yayıb. Hakimiyyət orqanları yaxınlıqda yerləşən rayonların sakinlərini vulkanın kraterindən azı yeddi kilometr uzaq durmağa çağırıb.

İndoneziyanın 130 vulkanı arasında ən aktivlərindən biri olan Merapinin statusu 2020-ci ilin noyabrından bəri ikinci səviyyədə qalır. 2010-cu ildə burada baş verən püskürmə nəticəsində 300-dən çox insan həlak olmuş, 20 mindən çox sakin isə evlərini tərk etmək məcburiyyətində qalmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM