satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda Daxili Qoşunlar ləğv olunur

Ermənistanda Daxili Qoşunlar ləğv olunur

Ermənistan Daxili İşlər Nazirliyində struktur dəyişiklikləri həyata keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "Sputnik Armenia"ya istinadən xəbər verir ki, islahatlar barədə nazir Vahe Qazaryan danışıb.

O, parlamentdəki çıxışında bildirib ki, Daxili İşlər Nazirliyinin yekun struktur formalaşdırılmasından sonra Daxili Qoşunlar demilitarizasiya edilərək Mühafizə Polisi statusuna endiriləcək.

Nazirin sözlərinə görə, yeni struktura həm Dövlət Mühafizəsinin Baş İdarəsi, həm də yüksək vəzifəli şəxsləri müşayiət edən Yol Polisinin xüsusi bölməsi daxil ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM